Azərbaycanın valyuta ehtiyatları 85 milyard dolları keçib
- 27 yanvar, 2026
- 10:51
Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 56,4 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunun 86,5 %-i və yaxud 73 milyard 541,5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,5 %-i və yaxud 11 milyard 514,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 584,2 milyon ABŞ dolları və yaxud 4,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 379,8 milyon ABŞ dolları və yaxud 4,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 204,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları və yaxud 19,8 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 13 milyard 510,1 milyon ABŞ dolları və yaxud 22,5 % artım, AMB-nin valyuta ehtiyatları isə 555,4 milyon ABŞ dolları və yaxud 5,1 % artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.01.2026 | 73 541,5 | 11 514,9 | 85 056,4 |
| 01.10.2025 | 70 161,7 | 11 310,5 | 81 472,2 |
| 01.07.2025 | 66 515,6 | 11 153,9 | 77 669,5 |
| 01.04.2025 | 62 740,2 | 11 026,5 | 73 766,7 |
| 01.01.2025 | 60 031,4 | 10 959,5 | 70 990,9 |