Azərbaycan Türkiyə İş Fondunun aktiv fəaliyyəti üçün vahid inkişaf bankının yaradılmasını təklif edir

Maliyyə
  • 14 sentyabr, 2023
  • 15:50
Azərbaycan Türkiyə İş Fondunun aktiv fəaliyyəti üçün vahid inkişaf bankının yaradılmasını təklif edir

Azərbaycan Türkiyə İş Fondunun aktiv fəaliyyəti üçün vahid inkişaf bankının yaradılmasını təklif edir.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dünyası İş Forumunun iqtisadiyyat və ticarət üzrə məsul nazirləri və digər vəzifəli şəxslərinin toplantısında çıxışı zamanı bildirib.

“Bu məsələdə Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qaradəniz Ticarət və İnkişaf Bankından nümunə götürərək, onların təcrübəsindən yararlanmaq olar”, - M.Musayev qeyd edib.

O hesab edir ki, türk dövlətləri arasında ticarət dövriyyəsinin artırılmasında Azərbaycanın rolu danılmazdır:

"Türk Dövlətləri Təşkilatının qurulmasında və inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi xidmətləri var. Türkiyə İş Fondunun aktiv fəaliyyəti üçün Azərbaycan tərəfi olaraq vahid inkişaf bankının yaradılmasını təklif edib".