Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır

Maliyyə
  • 16 sentyabr, 2026
  • 21:36
Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır

2027-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 916 milyon manat olması nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,9 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.