Azərbaycan şirkətinin səhmlərinə 1 investor maraq göstərib

Maliyyə
  • 20 avqust, 2025
  • 16:33
Azərbaycan şirkətinin səhmlərinə 1 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "Alpa" ASC-nin 200 min manatlıq sənədsiz, adlı, adi səhmlərin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 2 500 manat olan 80 ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Səhmlərə 1 investor 200 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub, şirkətin nizamnamə kapitalı 41 dəfə artaraq 5 min manatdan 205 min manata çatıb.

Xatırladaq ki, "Alpa" 2019-cu ildə dövlət qeydiyyatına alınıb.