“Azərbaycan Sənaye Korporasiyası”nın şirkəti nizamnamə kapitalını azaldır
- 21 fevral, 2023
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Tekstil” MMC nizamnamə kapitalını 4,2 % azaldaraq 1,814 milyon manatdan 1,738 milyon manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “ASK Tekstil” 2018-ci ildə yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri təşkil edilib, müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb. Dövlət Xidməti 30-dan artıq xarici şirkətə “ASK Tekstil” MMC-nin özəlləşdirilməsində iştirak üçün müraciət edib.
Müəssisə 6,4 hektar sahədə yerləşir. Müəssisədə istehsal binaların və tikililərin ümumi sahəsi 12,5 min kv. metr, ümumi faydalı sahəsi 30 min kv.metr təşkil edir.