“Azərbaycan Sənaye Bankı”nın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 16 aprel, 2021
- 13:18
Mayın 31-də, saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə kredit təşkilatının 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.
Son xəbərlər
15:37
İlham Əliyev qlobal miqyasda sülhü təşviq edən dövlət xadimi kimi qəbul olunur - RƏY
Daxili siyasət15:32
BTQ: Fransa müstəmləkə ərazilərində yerli əhalini torpaqlarından çıxmağa məcbur edir
Xarici siyasət15:31
Ukraynada hakim partiyanın sədri: Öz ərazilərimizi Rusiyaya güzəştə gedə bilmərik
Digər ölkələr15:28
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçir
Maliyyə15:27
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi auditor seçir
Maliyyə15:27
Azərbaycana Asiya ölkələrindən turist axınının strukturu dəyişib - ARAŞDIRMA
Turizm15:23
"Araz-Naxçıvan"ın kapitanı: "Uğursuz gedişata "Sabah"a qalib gəlməklə son qoymaq istəyirik"
Futbol15:21
Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək
Region15:12