"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb
- 13 oktyabr, 2025
- 09:26

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 5,155 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,7 % çoxdur.
9 ay ərzində ASB-nin gəlirləri 40,383 milyon manat (illik müqayisədə 5,2 % çox), xərcləri 33,37 milyon manat (2,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 563 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,295 milyon manat (7,4 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 799,427 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur. Bunun 296,508 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,2 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 7,5 % artaraq 672,819 milyon manat, o cümlədən depozit portfeli 6,8 % artaraq 474,479 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 126,607 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.