Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti AİF-lə əməkdaşlığı genişləndirəcək

Maliyyə
  • 15 noyabr, 2016
  • 09:42
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti AİF-lə əməkdaşlığı genişləndirəcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) "Azərbaycan İpoteka Fondu" ASC ilə əməkdaşlığı genişləndirmət niyyətindədir. "Report" xəbər verir ki, bu barədə ACQ-nin İdarə Heyətinin bu gün seçilmiş yeni sədri Ramil Osmanlı məlumat verib. 

Onun sözlərinə görə, AİF-lə əməkdaşlıq rəhbərlik etdiyi qurumun prioritetlərindən biri olacaq. 

R. Osmanlı onu da qeyd edib ki, Azərbaycanda "Qiymətləndirmə fəaliyyəti haqqında qanun"a əlavə və dəyişikliklər etməyə ehtiyac var: "Bu qanun 1998-ci ildə qəbul olunub. O vaxtdan bəri konyuktur, beynəlxalq standartlar dəyişib. Qanun yeni standartlara uyğunlaşdırılmalıdır". 

Qeyd edək ki, hazırda Azərbaycanda təxminən 200 qiymətləndirici var. 

44 - Tezliklə