Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı Bakıda keçiriləcək

Maliyyə
  • 24 fevral, 2022
  • 06:18
Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı Bakıda keçiriləcək

Sabah Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSDTB) Rəhbərlər Şurasının 15-ci Xüsusi Toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb

Hazırda Rəhbərlər Şurasına sədrlik Azərbaycanda olduğu üçün sözügedən növbədənkənar toplantı BSDTB-in Azərbaycan üzrə Rəhbəri qismində maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulur.

Növbədənkənar toplantının gündəliyində duran əsas məsələ isə 2022-2026-cı illər üzrə Bankın növbəti prezidentinin seçilməsidir.

BSDTB-in Rəhbərlər Şurasının növbəti — 24-cü İllik Toplantısı bu ilin iyun ayında Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək.

44 - Tezliklə