Azərbaycan ötən il xalis maliyyə aktivlərini 5 mlrd. dollardan çox artırıb

Maliyyə
  • 31 mart, 2018
  • 10:43
Azərbaycan ötən il xalis maliyyə aktivlərini 5 mlrd. dollardan çox artırıb

Bakı. 31 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın xalis maliyyə aktivləri 5,4 mlrd. ABŞ dolları artıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (2 564,4 mln. dollar), portfel investisiyaları ( - 80.9 mln. dollar), törəmə maliyyə alətləri (- 3,8 mln. dollar) və digər investisiyalar (2 939,7 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 5,2 mlrd. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (2 866,1 mln. dollar), neft bonusu (1,4 mln. dollar), portfel investisiyaları (2,588 mln. dollar) və digər investisiyalar (- 237.5 mln. dollar) hesabına formalaşıb.

Ötən il kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 33,8 mln. dollar azalıb, xalis maliyyə öhdəlikləri isə 662 mln. dollar artıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri əsasən bankların kreditləri hesabına azalıb, dövlət və dövlət təminatlı kreditləri hesabına isə artıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 801,9 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 1 251,1 mln. dollar azalıb.

2017-ci ildə ölkənin ehtiyat aktivləri 2 mlrd. dollar artıb.