Azərbaycan bu il nəqliyyat vasitələri hissələrinin idxal xərcini 34%-dək artırıb

Maliyyə
  • 16 avqust, 2019
  • 11:45
Azərbaycan bu il nəqliyyat vasitələri hissələrinin idxal xərcini 34%-dək artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 659 952,87 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 166 737,27 min dollar (33,81%) çoxdur.

2019-cu ilin yeddi ayında nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 7,83%-ni təşkil edib.