Azərbaycan Misirdə keçirilən IsDB-in “Özəl sektor forumu”nda iştirak edəcək

Maliyyə
  • 14 aprel, 2022
  • 13:09
Azərbaycan Misirdə keçirilən IsDB-in “Özəl sektor forumu”nda iştirak edəcək

İyunun 2-4-ü tarixlərində, Azərbaycan İslam İnkişaf Bankının (IsDB) təşkilatçılığı ilə keçirilən “Özəl sektor forumu”nda iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.

Bildirilir ki, özəl sektorun inkişafı İslam İnkişaf Bankı Qrupunun prioritetlərindən biridir və buna görə də sözügedən Forum illik əsasda keçirilir. Bu il tədbir Misirin Şarm əl Şeyx şəhərindəki Şarm Əl-Şeyx Beynəlxalq Konqres Mərkəzində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan IsDB-yə 1992-ci ildə üzv olub. Hazırda ölkəmizin Bankda üzvlük kapitalı 50,8 milyon İslam dinarı təşkil edir. Bu da IsDB-inin ümumi kapitalın 0,1 %-i deməkdir.

IsDB-inin də daxil olduğu İslam İnkişaf Qrupu (IDG) bu vaxta qədər Azərbaycana 1,179 milyard ABŞ dolları vəsait ayırıb. Həmin vəsaitin 956 milyon ABŞ dolları IsDB-nin, 83 milyon ABŞ dolları Beynəlxalq İslam Ticarətin Maliyyələşməsi Korporasiyasının (IITFC), 120,4 milyon ABŞ dolları Özəl sektorun maliyyələşməsi üzrə İslam İnkişaf Korporasiyası, 194 milyon ABŞ dolları isə digər mənbələrdən ayrılıb.

44 - Tezliklə