“Azərbaycan Mikro-Kredit” BOKT təşkilati-hüquqi formasını dəyişir

Maliyyə
  • 04 avqust, 2023
  • 10:16
“Azərbaycan Mikro-Kredit” BOKT təşkilati-hüquqi formasını dəyişir

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,722 milyon manatdır. BOKT-un təsisçisi 100 % Elmar Məmmədovdur.