“Azərbaycan Mikro-Kredit” BOKT nizamnamə kapitalını azaldır

Maliyyə
  • 17 mart, 2023
  • 07:42
“Azərbaycan Mikro-Kredit” BOKT nizamnamə kapitalını azaldır

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, BOKT kapitalını nə qədər azaltdığını açıqlamayıb.

Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 2,154 milyon manatdır. BOKT-un təsisçisi 100 % Tural Məmmədovdur.