“Azərbaycan Mikro-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 30 may, 2025
  • 16:02
“Azərbaycan Mikro-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 548 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 69 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Azərbaycan Mikro-Kredit”in vergiyəqədərki mənfəəti 726 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 178 min manat (16,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 9,228 milyon manat olub ki, bu da illik müqayisədə 48,7 % azdır. Bunun 8,213 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 48,8 % kiçilib.

Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 52,8 % azalaraq 8,009 milyon manata düşüb, balans kapitalı isə 17 % artaraq 1,218 milyon manata çatıb.

Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,722 milyon manatdır. BOKT-un təsisçisi 100 % Elmar Məmmədovdur.