Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən artmağa başlayıb

Maliyyə
  • 05 iyun, 2018
  • 11:34
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən artmağa başlayıb
Report

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyunun 1-nə 5 471,4 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 5,6 mln. dollar və yaxud 0,10% çoxdur.

İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 136,8 mln. dollar və yaxud 2,56%, son 1 ildə isə 646,0 mln. dollar və yaxud 13,39% artıb.

44 filmi