AMB sədrinin müşaviri Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti vəzifəsinə təyinat alıb
- 07 may, 2025
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti vəzifəsinə təyinat alıb.
“Report” xəbər verir ki, o indiki vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Ziya Əliyev bundan əvvəl AMB-nin baş direktoru vəzifəsini tutub.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən Bankı üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukrayna yaradıb. Qurum iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlər verilməsi, kredit xətləri açılması, investisiyalar və zəmanətlərin verilməsi və ticarətin maliyyələşdirilməsində iştirak edir.