Azərbaycan Mərkəzi Bankının notlarına tələb təklifi 5 dəfə üstələyib

Maliyyə
  • 15 noyabr, 2017
  • 12:39
Azərbaycan Mərkəzi Bankının notlarına tələb təklifi 5 dəfə üstələyib
Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100265S dövlət qeydiyyat nömrəli, 100 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” xəbər verir ki, hərraca 14 investor qiyməti 99,2278 manat (10,01%) olan 19 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 499 394 300 manat olub. Beləliklə, notların hamısı yerləşdirilib. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti investorların istədiyi qədər müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 13 dekabr 2017-dir.