Azərbaycan Mərkəzi Bankı valyuta satışını bərpa edib
Maliyyə
- 08 dekabr, 2015
- 14:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün mütəşəkkil banklararası bazarda valyuta satışı əməliyyatlarını bərpa edib. "Report" xəbər verir ki, gün ərzində AMB banklararası valyuta bazarında 58,8 mln. ABŞ dolları satıb.
Qeyd edək ki, AMB son üç həftə ərzində valyuta bazarında ciddi satış həyata keçirməyib. Valyuta satışı bu müddət ərzində əsasən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bir neçə kommersiya bankının vasitəçiliyilə baş verib. Bu gün isə ARDNF satışları dayandırıb və AMB yenidən bazardakı fəaliyyətini artırıb.
Xatırladaq ki, dekabrın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,246 mlrd. ABŞ dolları təşkil edib.
Son xəbərlər
21:23
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Region
21:05
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb
Futbol
21:04
Foto
Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib
Turizm
20:59
"Gəncə" FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub
Komanda
20:54
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb
Digər ölkələr
20:39
Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Xarici siyasət
20:36
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
Sosial müdafiə
20:23
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
Energetika
20:06
Belçika səfiri Rusiya XİN-ə çağırılıb
Region