Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a icrası məcburi sərəncam verib

Maliyyə
  • 22 sentyabr, 2026
  • 12:36
Azərbaycan Mərkəzi Bankı Rabitəbanka icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası"nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib. Odur ki, "Banklar haqqında" qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

44 filmi