AMB qumar oyunları təşkil etməkdə ittiham olunan "Paysis"in fəaliyyətini dayandırıb

Maliyyə
  • 11 dekabr, 2025
  • 11:00
AMB qumar oyunları təşkil etməkdə ittiham olunan Paysisin fəaliyyətini dayandırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Paysis" MMC-nin fəaliyyətini dayandırıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb şirkətə və onun rəhbərinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı cinayət işini başlanılmasıdır. Artıq cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənə qədər AMB "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddəsi rəhbər tutaraq, "Paysis"ə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti