Azərbaycan Mərkəzi Bankı ötən il 21 maliyyə bazarı iştirakçısını yoxlayıb
- 26 aprel, 2023
- 08:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bankda, 4 bank olmayan kredit təşkilatında (BOKT), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də, 4 sığorta şirkətində, 1 sığorta agentliyində, 2 sığorta və təkrarsığorta brokerində hərtərəfli yoxlama, 4 bankda tematik yoxlama aparıb.
“Report” bu barədə AMB-nin illik hesabatına istinadən xəbər verir.
Beləliklə, yoxlamalar 21 maliyyə bazarı iştirakçısını əhatə edib.
İl ərzində xüsusilə bank sektorunun maliyyə dayanıqlılığı diqqətdə saxlanıb, sektorda olan kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənilib, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığı artmış hesablaşma kanalları monitorinq edilib, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Son nəticədə nəzarət tədbirləri hesabına bankların maliyyə dayanıqlılığı qorunub, əhalinin sektora inamı artıb.