Azərbaycan Mərkəzi Bankı iki kommersiya bankının vəzifəli şəxslərini cərimələyib
Maliyyə
- 06 aprel, 2026
- 15:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Bank" ASC və "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, hər iki bankda "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələbləri pozulub. Nəticədə "Banklar haqqında" qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankların vəzifəli şəxslərinin hər biri 1,5 min manat cərimə edilib.
"Hesabatlıq forması üzrə pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır", - deyə AMB bəyan edib.
Son xəbərlər
13:07
Deputat: "Diplomlu mütəxəssislər aqrar təsərrüfatlara gedib çatmırlar"
ASK
13:04
Lukaşenko: Ukraynadakı müharibə yaxın aylarda başa çata bilər
Digər ölkələr
13:00
Samir Abasov: "Sabah" "Vikinq"ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq"
Futbol
12:57
Foto
Azərbaycan və Böyük Britaniya ikiqat vergitutmanı aradan qaldırır
Biznes
12:56
İtaliya hökuməti supermarketlərə kiberhücumlara görə xüsusi xidmət orqanları ilə məsləhətləşmə aparacaq
Digər ölkələr
12:54
Deputat: "Xarici mütəxəssislərin fəaliyyəti ciddi yoxlanılmalıdır"
Biznes
12:49
Bakıda dumanlı hava müşahidə olunur
Ekologiya
12:48
Foto
AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib
Futbol
12:38
Azərbaycanda 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur