Azərbaycan Mərkəzi Bankı Dünya Bankı ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib
- 12 oktyabr, 2023
- 15:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
“Bu gün Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdük. Görüş zamanı Dünya Bankının Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində müzakirələr apardıq”, - deyə T. Kazımov qeyd edib.
Bu gün Dünya Bankının (#DB) vitse-prezidenti Antonella Bassani (@anbassani) ilə görüşdük. Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində… pic.twitter.com/0DeMWp1upU
— Taleh Kazimov (@TalehKazimov_T) October 12, 2023