Mərkəzi Bank Beynəlxalq Banka maliyyə dəstəyini 4 dəfə artırıb

Maliyyə
  • 04 may, 2017
  • 13:32
Mərkəzi Bank Beynəlxalq Banka maliyyə dəstəyini 4 dəfə artırıb

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) qiymətli kağızlarına investisiyaları 4 dəfə artırıb.

Bu barədə “Report” AMB-nin illik hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, 2016-cı ilin yekununda bu məqsədlə investisiya 10 mlrd. manat təşkil edib. Bu rəqəm 2015-ci ilin yekununda 2,5 mlrd. manat olub. 

44 filmi