Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

Maliyyə
  • 23 avqust, 2017
  • 13:20
Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

Bakı. 23 avqust. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100160S dövlət qeydiyyat nömrəli, 100 mln manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor 421 249 200 manat məbləğində, qiyməti 99,2278 manat (10.01%) olan 21 sifariş təqdim edib. Elə notların kəsmə və orta ölçülmüş qiymətini də bu qədər olmaqla müəyyən olunub.

Notların hamısı yerləşdirilib. Qiymətli kağızların ödəmə tarixi 20 sentyabr 2017-ci ildir.