Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

Maliyyə
  • 28 oktyabr, 2023
  • 06:26
Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,1 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 8,3 bənd, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 5,7 bənd çoxdur.

Sentyabrın sonuna manatın real effektiv məzənnəsi isə 123,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,3 bənd çox, ilin əvvəlinə nisbətən 1,1 bənd çox, illik müqayisədə isə 0,2 bənd azdır.

44 - Tezliklə