Azərbaycan manatının nominal effektiv məzənnəsi 11 bənd artıb

Maliyyə
  • 26 fevral, 2022
  • 05:41
Azərbaycan manatının nominal effektiv məzənnəsi 11 bənd artıb

Bu ilin fevral ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 86 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 bənd çoxdur.

Bu ilin yanvar ayının 31-nə manatın real effektiv məzənnəsi isə 113,3 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,3 bənd az, illik müqayisədə isə 13,4 bənd çoxdur.

44 - Tezliklə