Azərbaycan lizinq şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib

Maliyyə
  • 28 dekabr, 2024
  • 05:55
Azərbaycan lizinq şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

"Report" xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 395 min manat və yaxud 12,6 % artırılaraq 3,135 milyon manatdan 3,53 milyon manata çatdırılmasından sonra baş verib.

Kapital artımından sonra “Legion Financial”ın əsas səhmdarı olan Turan İsmayılovun payı 44,5 %-dən 39,5 % ə, Ramin Süleymanlının payı 31,9 %-dən 31,6 %-ə, Rövşən Sultanovun payı 11,8 %-dən 10,5 %-ə, Belarus vətəndaşı Kolas Konstantinin payı isə 6,1 %-dən 5,4 %-ə düşüb, əvəzində Böyükağa Məmmədovun payı 5,7 %-dən 13 %-ə çatıb.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb.