"Azərbaycan Kredit Bürosu"nun 206 tərəfdaşı var

Maliyyə
  • 14 yanvar, 2023
  • 08:15
Azərbaycan Kredit Bürosunun 206 tərəfdaşı var

"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) tərəfdaşlarının sayı 206-ya çatıb.

"Report" bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, bunlar 47 bank (22-si ləğv prosesindədir), 61 bank olmayan kredit təşkilatı (BOKT, 6-sı ləğv prosesindədir), 38 kredit ittifaqı (1-i ləğv prosesindədir), 22 sığorta şirkəti (2-si ləğv prosesindədir), 7 lizinq şirkəti, 1 faktorinq şirkəti, 1 kollektor agentliyi, 20 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 3 dövlət qurumudur.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir.

44 - Tezliklə