"Azərbaycan Kredit Bürosu"na daxil olan sorğuların sayı 2 dəfədən çox azalıb

Maliyyə
  • 05 mart, 2024
  • 09:55
Azərbaycan Kredit Bürosuna daxil olan sorğuların sayı 2 dəfədən çox azalıb

2023-cü ildə "Azərbaycan Kredit Bürosu" MMC-yə (AKB) 53,5 milyon adi sorğu, o cümlədən 41 milyon toplu sorğu daxil olub ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 2,4 dəfə azdır.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, ötən il büronun qəbul etdiyi skorinq sorğularının sayı 6,6 dəfə azalaraq 0,7 milyona düşüb.

Xatırladaq ki, "Azərbaycan Kredit Bürosu" 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5 % payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir.

44 - Tezliklə