Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 24 % artıb

Maliyyə
  • 30 noyabr, 2024
  • 13:10
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 24 % artıb

Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 28 milyard 779,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 20 %, illik müqayisədə isə 24,1 % çoxdur.

Kredit qoyuluşunun 20 milyard 070 milyon manatı və yaxud 69,7 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 16,8 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 010,5 milyon manat təşkil edib. Bu, illik müqayisədə 32,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 22,8 %-dən 24,4 %-ə yüksəlib.

Noyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 698,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,2 %-dən 5,9 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.