Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 %-dən çox artıb
- 07 noyabr, 2022
- 08:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 19 milyard 701,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3 %, yanvarın 1-nə nisbətən 15,1 %, ötən ilin oktyabın 1-i ilə müqayisədə 23,5 % çoxdur.
Kredit qoyuluşunun 15 milyard 336,1 milyon manatı və yaxud 77,8 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 22,1 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 821,1 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 28,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18,7%-dən 19,4 %-ə qalxıb.
Bu il avqust ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 498,2 milyon manat olub. Bu isə illik müqayisədə 24,2 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,6 % olub.
Azərbaycanda 25 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.