Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 % artıb

Maliyyə
  • 26 iyul, 2024
  • 07:47
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 % artıb

Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 27 milyard 003,3 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 % çox, ilin əvvəlinə nisbətən 12,6 %, illik müqayisədə isə 22,9 % çoxdur.

Kredit qoyuluşunun 18 milyard 870 milyon manatı və yaxud 70 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 559,5 milyon manat təşkil edib. Bu, illik müqayisədə 42,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 20,9 %-dən 24,3 %-ə qalxıb.

İyunun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 573,8 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3 %-dən 5,8 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.

44 filmi