Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18 % artıb

Maliyyə
  • 11 fevral, 2023
  • 07:17
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18 % artıb

Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 184 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 % az, 2022-ci ilin yanvarın 1-i ilə müqayisədə 17,9 % çoxdur.

Kredit qoyuluşunun 15 milyard 742,1 milyon manatı və yaxud 78 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 18,1 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 852,3 milyon manat təşkil edib. Bu 1 il əvvələ nisbətən 15,6 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi 19,5 %-dən 19,1 %-ə enib.

2022-ci ilin sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 589,6 milyon manat olub. Bu, illik müqayisədə 28 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi 2,7 %-dən 2,9 %-a çatıb.

Azərbaycanda 25 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55 təşkil edir.