Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 14 %-ə yaxın artıb

Maliyyə
  • 10 iyul, 2026
  • 12:01
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 14 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur.

O cümlədən, son 1 ildə neft-qaz sektoruna invetisiya qoyuluşu 34,3 % artaraq 3 milyard 163,6 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 5,5 % artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyalar məhsul istehsalı sahələri üzrə real ifadədə 22,1 % artaraq 5 milyard 41,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 9,3 % artaraq 2 milyard 955,2 milyon manat, yaşayış evlərinin tikintisi üzrə isə real ifadədə 2,7 % azalaraq 1 milyard 298,4 milyon manat olub.