Azərbaycan iqtisadiyyatı 0,7% geriləyib

Maliyyə
  • 16 noyabr, 2017
  • 09:20
Azərbaycan iqtisadiyyatı 0,7% geriləyib
Report

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 56 481,5 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Hesabat dövründə əhalinin adambaşına düşən ÜDM-in həcmi isə 1,7% azalaraq 5 806,7 manat təşkil edib.

ÜDM-in 62,7%-i və yaxud 35 390,9 mln. manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,1% çoxdur.

ÜDM-in strukturunda sənayenin payı 56,6% və yaxud 31 975,4 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 4,6% azdır. Yanvar-oktyabr aylarında ölkədə 7 659,5 mln. manatlıq qeyri-neft sənayesi məhsulu istehsal olunub ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 3,4% çoxdur.