Azərbaycan "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nda təmsil olunub

Maliyyə
  • 25 avqust, 2026
  • 17:00
Azərbaycan İlk İpək Yolu Maliyyə və Texnologiya Forumunda təmsil olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nun spikerlərindən biri olub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, o, Sərhədlərin tənzimlənməsi – süni intellekt və tokenləşdirmə" mövzusunda keçirilən müzakirə panelində çıxışı zamanı maliyyə sektorunda sürətlə inkişaf edən texnologiyaların yaratdığı yeni imkanlar və çağırışlar, tənzimləyici yanaşmaların müasir texnoloji trendlərə uyğunlaşdırılması, həmçinin süni intellekt və tokenləşdirmənin maliyyə xidmətlərinin gələcəyinə təsiri barədə fikirlərini bölüşüb.

AMB rəsmisi Azərbaycanda maliyyə texnologiyalarının təşviqi, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və yeni innovasiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində təmsil etdiyi qurumun həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.