Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib

Maliyyə
  • 13 iyun, 2026
  • 17:01
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələri və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanları dəyərləndirilib.

"Report" xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovla ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək arasında baş tutan görüşdə aparılıb.

"Azərbaycanın investisiya prioritetləri, ABŞ-nin maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - M. Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

44 filmi