Azərbaycan I yarımildə dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edib

Maliyyə
  • 07 avqust, 2026
  • 15:01
Azərbaycan I yarımildə dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edib

Bu ilin I yarısında Azərbaycanda dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib, onların həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 30 %-i və yaxud 810,2 milyon manatı istifadə olunub.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.

Sənədə əsasən, həmin vəsaitin 337,8 milyon manatı nəqliyyat layihələrinə (icra 33 %), 151,2 milyon manatı su təsərrüfatı və meliorasiya layihələrinə (27 %), 51,2 milyon manatı sosial layihələrə (20 %), 37,9 milyon manatı energetika və sənaye layihələrinə (18 %), 60,9 milyon manatı müdafiə və hüquq-mühafizə layihələrinə (34 %), 171,2 milyon manatı sair layihələr üzrə (36 %) xərclərə yönəldilib.

Hesabat dövründə investisiya proqramı üzrə icra edilən layihələrin 42-si nəqliyyat, 88-i su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 40-ı müdafiə və hüquq-mühafizə, 63-ü sosial, 43-ü isə digər layihələr olub.