Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalı artırılır

Maliyyə
  • 20 iyul, 2017
  • 07:59
Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalı artırılır

Bakı. 20 iyul. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) nizamnamə kapitalı 19,13% artırılacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanındakı dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliyə əsasən, AİF-in kapitalı indiki 307 238 671 manatdan 366 mln. manata çatdırılacaq.