Azərbaycan İpoteka Fondunun kredit portfeli 800 mln. manatı keçib

Maliyyə
  • 15 may, 2017
  • 06:05
Azərbaycan İpoteka Fondunun kredit portfeli 800 mln. manatı keçib

Bakı. 15 may. REPORT.AZ/ Bu günə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 800 152 760 manat məbləğində ipoteka krediti verilib.

“Report” AİF-ə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaiti hesabına ipoteka kreditlərini 19 112 nəfər alıb.

Başqa sözlə, adambaşına 41 866,51 manat kredit verilib.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

44 filmi