Azərbaycan İpoteka Fondu mebel avadanlıqları alır

Maliyyə
  • 23 oktyabr, 2017
  • 07:01
Azərbaycan İpoteka Fondu mebel avadanlıqları alır

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) mebel avadanlıqlarının alınması üçün açıq tender elan edib.

“Report” Fonda istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 15-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 27-nə qədər AİF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanındakı ofisinə təqdim etməlidirlər (əlaqələndirici şəxsin telefonu: (012) 441-24-23, daxili 111).

Təkliflərə noyabrın 28-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Təkliflər sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. İşin icra müddəti satınalma müqaviləsi imzalandıqdan sonra 20 gündür.