Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə
  • 21 iyul, 2017
  • 12:03
Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin ISIN nömrəsi AZ2019008682 olan faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar 1 008,83 manatdan təlif olunub və hamısı satılıb.

Yerləşdirmənin anderrayteri qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.

İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

44 - Tezliklə