Azərbaycan gələn il işğaldan azad edilmiş ərazilərə 3 milyard manat xərc qoyacaq

Maliyyə
  • 15 sentyabr, 2022
  • 14:17
Azərbaycan gələn il işğaldan azad edilmiş ərazilərə 3 milyard manat xərc qoyacaq

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.

Bu xərclərin növbəti ildə  büdcə xərclərində xüsusi çəkisi 9%, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8% təşkil edəcək.

44 - Tezliklə