Azərbaycan EUROSAI-nin onlayn toplantısına qatılıb
- 01 mart, 2022
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatası Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) onlayn toplantısında iştirak edib.
"Report" Palataya istinadən xəbər verir ki, toplantıda 17 ölkədən 40 nümayəndə iştirak edib.
Tədbirdə “Litva bələdiyyələrində sosial yardımın səmərəliyinin monitorinq edilməsi üzrə sistem”, "İsraildə pandemiya dövründə yerli özünü idarəetmə orqanları” və “İsraildə yerli özünü idarəetmə orqanlarının ərazisində olan natamam tikililərə və istifadə olunmayan binalara yanaşma”, "Latviyada ictimai sektorda çirkli pulların yuyulması və tətbiq olunan qadağalara riayət olunmasında risklərin müəyyən edilməsi və qarşısının alınması” mövzusunda təqdimatlar olub.
Növbəti görüşün bu ilin iyun ayında keçirilməsi planlaşdırılır.