Azərbaycan Ərzurumdan məhsul idxalına çəkdiyi xərci 26% artırıb

Maliyyə
  • 05 yanvar, 2023
  • 13:45
Azərbaycan Ərzurumdan məhsul idxalına çəkdiyi xərci 26% artırıb

2022-ci ildə Türkiyənin Ərzurum bölgəsindən Azərbaycana 2021-ci illə müqayisədə 26 % çox – 3,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hesabat dövründə bölgədən 47 ölkəyə və 2 azad zonaya ixrac həyata keçirilib. Ən böyük ixrac Gürcüstana (9 milyon ABŞ dolları), İraqa (4 milyon ABŞ dolları), Rumıniyaya (3,5 milyon ABŞ dolları) və Azərbaycana (3,1 milyon ABŞ dolları) reallaşdırılıb.

Təkcə dekabrda isə Azərbaycan Ərzurumdan 256,6 min ABŞ dolları dəyərində məhsul idxal edib. Dekabrda bölgədən ən böyük idxalı Gürcüstan (630,7 milyon ABŞ dolları), Moldova (79,35 min ABŞ dolları) və Azərbaycan (256,6 min ABŞ dolları) həyata keçirib.