Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir
Maliyyə
- 01 sentyabr, 2017
- 09:30
Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək. “Report” xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb.
Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq. Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub. Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir - bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1 378 665 000 nəfər (18,5%), Hindistanda isə 1 324 171 000 nəfər (17,8%) yaşayır.
Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323 127 000 nəfərdir.
Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 mln. nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.
Son xəbərlər
03:12
Qəribabadi: Heç bir gəmi İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməz
Region02:38
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
Digər ölkələr02:05
Amsterdamda naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib, xəsarət alanlar var
Digər ölkələr01:43
Qətərlə Pakistan ABŞ və İranın öz öhdəliklərinin icrasına qayıtmasını istəyir
Region01:17
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
Digər ölkələr01:09
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
Fərdi00:36
Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub
Digər ölkələr00:11
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Digər ölkələr00:00