Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

Maliyyə
  • 17 oktyabr, 2019
  • 14:18
Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 42 202,7 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,8% artaraq 4 266,2 manata çatıb.