Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

Maliyyə
  • 17 mart, 2025
  • 14:56
Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 11 milyard 907,1 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 1 164 manata çatıb.

44 - Tezliklə